Digər

Ukraynanın müdafiəsi çökəcək? - NATO rəsmisi

12 Feb 2026, 09:00 2 baxış
Ukraynanın müdafiəsi çökəcək? - NATO rəsmisi

NATO Ukraynanın cəbhədəki müdafiəsinin gələn il ərzində çökəcəyini ehtimal etmir.


Axar.az xəbər verir ki, bunu adı açıqlanmayan NATO rəsmisi "Azadlıq" radiosuna deyib.


"Rusiya hazırda Donetsk, Zaporojye və Xerson vilayətlərinin ərazisinin təxminən 70%-nə nəzarət edir. 2025-ci ildə təxminən 4700 kvadrat kilometr ərazini ələ keçirib. Eyni zamanda, Rusiya Ukraynanın məğlubiyyətini qaçılmaz kimi göstərmək üçün fəal şəkildə informasiya yayır və kiçik kəndlərin ələ keçirilməsinin əhəmiyyətini şişirdir. Lakin bunlar strateji irəliləyişlər deyil", - NATO rəsmisi qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər