Digər

Bu türk ölkəsində spiker istefa verdi

12 Feb 2026, 09:22 2 baxış
Bu türk ölkəsində spiker istefa verdi

Qırğız Respublikasının Joqorku Keneşinin (parlament) sədri Nurlanbek Şakiyev istefa verib.


Axar.az xəbər verir ki, bu barədə Qırğız mətbuatı yazıb.


"Ölkədə baş verən siyasi hadisələri nəzərə alaraq, bir və ya iki şəxsə xidmət etmədiyimi deməyi zəruri hesab edirəm; mən xalqa, dövlətə və parlamentə xidmət edirəm. Könüllü olaraq istefa vermək qərarına gəldim. Bu, mənim xarici təzyiq olmadan verilən şəxsi qərarımdır", - Nurlanbek Şakiyev vəzifəsindən ayrılarkən bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər