Digər

Sərnişin təyyarəsi təcili geri döndü, qanadı qırıldı - Video

11 Feb 2026, 01:02 2 baxış
Sərnişin təyyarəsi təcili geri döndü, qanadı qırıldı - Video

Somalidə sərnişin təyyarəsi qəzaya uğrayıb.


Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.


Paytaxt Moqadişudan havaya qalxan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən təcili geri dönmək məcburiyyətində qalıb. Təyyarə eniş etmək istəyərkən enmə zolağından çıxıb və qanadı qırılıb.


Göyərtəsində 55 nəfər olan “StarSky” aviaşirkətinə məxsus təyyarədə xəsarət alan olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər