Digər

ABŞ müttəfiqlərin Ukrayna üçün yeni silah almasını gözləyir

11 Feb 2026, 01:42 2 baxış
ABŞ müttəfiqlərin Ukrayna üçün yeni silah almasını gözləyir

Müttəfiqlər Ukraynanın təcili döyüş meydanındakı ehtiyaclarını ödəmək üçün 4,5 milyard dollardan çox Amerika silahı almağı öhdələrinə götürüblər.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker deyib.


O qeyd edib ki, ABŞ müttəfiqlərin Ukrayna üçün yeni silah alışı etməsini gözləyir:


“Hazırda 21 NATO müttəfiqi və iki tərəfdaş açıq şəkildə dəstəyini bildirib. PURL (Prioritet Ehtiyaclar Siyahısı) vasitəsilə müttəfiqlər Avropanın Ukraynaya uzunmüddətli təhlükəsizlik yardımı üçün maliyyə məsuliyyətini öz üzərlərinə götürüblər".

Mənbə axar.az

Oxşar Xəbərlər