Digər

Tramp İrana xəbərdarlıq etdi

11 Feb 2026, 00:51 2 baxış
Tramp İrana xəbərdarlıq etdi

Vaşinqton və Tehran islam respublikasının nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, ABŞ administrasiyası İrana qarşı sərt tədbirlər görəcək.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios"a verdiyi müsahibədə bildirib.


"Ya razılaşma əldə edəcəyik, ya da ötən dəfə olduğu kimi sərt tədbirlər görməli olacağıq", - D.Tramp deyib.


Qeyd edək ki, Ağ Ev rəhbəri Yaxın Şərqə ikinci aviadaşıyıcı göndərmək niyyətində olduğunu da açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər