Digər
Tramp və Putin nə planlayırlar?
Strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması haqqında müqaviləni 2010-cu il aprelin 8-də Rusiya və ABŞ prezidentləri Dmitri Medvedevlə Barak Obama Praqada imzalamışdılar. Müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minmişdi. Bu barədə Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışında bildirilib.
Qeyd edilib ki, bu sənəd strateji hücum silahları ilə bağlı 1991 və 2002-ci illərdə imzalanmış əvvəlki müqavilələri əvəz edirdi: "Bir qədər də keçmişə baxsaq, onlar da özlərindən əvvəlki müqavilələrin davamı idi. Ümumilikdə strateji hücum silahlarının məhdudlaşdırılması təşəbbüslərinin hüquqi sənədlə rəsmiləşdirilməsinin tarixi 1972-ci ildən başlayır. O zaman imzalanan ilk müqavilə soyuq müharibənin ən qızğın vaxtında planeti nüvə faciəsindən qorumağa xidmət edirdi". Əlavə edilib ki, 2010-cu ildə imzalanan sonuncu müqaviləyə görə, tərəflər strateji hücum silahlarını, yəni ballistik raketlərin, ağır bombardmançı təyyarələrin sayını məhdudlaşdırmalı idilər: "Qitələrarası ballistik raketlərin sayı 700-dən çox olmamalı idi. Daha 1 550 belə raket ehtiyatda saxlanıla bilərdi. Bu cür raketlər ölkənin ərazisindən kənarda yerləşdirilməli idi. 2021-ci ildə başa çatan müqavilə avtomatik olaraq beş il müddətinə uzadılmışdı. Bu il isə Tramp ondan imtina etdi". Həmçinin vurğulanıb ki, hazırkı vəziyyət o deməkdir ki, ABŞ və Rusiya strateji hücum silahlarının sayını qeyri-məhdud şəkildə, limitsiz artıra bilərlər. BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, son yarım əsrdə dünya ilk dəfədir ki, belə vəziyyətlə üzləşir.

Mənbə
oxu.az