Cəmiyyət

Əməkdar artist Aybəniz Haşımovaya yeni vəzifə verildi

09 Feb 2026, 15:50 2 baxış
Əməkdar artist Aybəniz Haşımovaya yeni vəzifə verildi
Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova yeni vəzifəyə təyinat alıb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 58 yaşlı tanınmış ifaçı A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru postuna gətirilib. Bildirilib ki, sənətçinin təyinatı fevralın 6-da rəsmiləşib. O, bu gün rəhbərlik edəcəyi kollektivə təqdim olunub. Xatırladaq ki, Aybəniz Haşımova "Bülbüllər" qrupunun banisi, Sənət Akademiyasının təsisçisi və rəhbəri olmaqla yanaşı, Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinə də sədrlik edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər