Cəmiyyət

Əliyev Trampla bağlı bu faktı "ilk nümunə" adlandırdı

09 Feb 2026, 14:03 5 baxış
Əliyev Trampla bağlı bu faktı "ilk nümunə" adlandırdı

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti ilə son 6 ayda bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərin tarixində ilk nümunə adlandırıb.


Axar.az xəbər verir ki, bu barədə İlham Əliyev fevralın 9-da ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.


Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu dedi.

Mənbə axar.az

Oxşar Xəbərlər