Cəmiyyət

İrandan 10 kq narkotikin keçirilməsinin qarşısı alındı

09 Feb 2026, 14:15 4 baxış
İrandan 10 kq narkotikin keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.


Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.


Bildirilib ki, DSX-nın Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.


Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri – 1991-ci təvəllüdlü Şəhriyar Səlim oğlu Hüseyinov və 2001-ci il təvəllüdlü Səttar Niyazi oğlu Əliyev cinayət məsuliyyətinə cəlb olunublar.

Mənbə axar.az

Oxşar Xəbərlər