Cəmiyyət

Xalq artistinin küçədə döyülən oğlunun son durumu açıqlandı

09 Feb 2026, 12:40 2 baxış
Xalq artistinin küçədə döyülən oğlunun son durumu açıqlandı
Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin küçədə döyülən oğlu Artur Balıyevin son durumu açıqlanıb. Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzin məlumat verilib. Bildirilib ki, 1981-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Xatırladaq ki, ona qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən üç nəfər - Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil veriliblər. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər