Cəmiyyət
"Koroğlu"da avtomobilin yerüstü keçidin sütununa çırpılması nəticəsində xəsarət alan var
Metronun "Koroğlu" stansiyası yaxınlığında baş verən yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, hadisə nəticəsində 99-ZT-085 nömrə nişanlı "Mercedes" markalı avtomobil ilə 10-VO-899 nömrə nişanlı "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub. "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və yerüstü keçidin sütununa çırpılıb. Bu zaman "Mercedes" markalı avtomobili idarə edən sürücü xəsarət alıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, Əlişir Nəvai küçəsindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub, lakin sonradan çağırışdan imtina olunub. Aygün Mirakif
Mənbə
oxu.az