Digər

Avropalılar bunu etsəydi, müharibə çoxdan bitərdi - Siyarto

09 Feb 2026, 09:00 2 baxış
Avropalılar bunu etsəydi, müharibə çoxdan bitərdi - Siyarto

Avropalılar ABŞ Prezidenti Donald Trampın sülh istəklərinə qarşı çıxmasaydı, Ukraynadakı münaqişə artıq bitəcəkdi.


Axar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.


"Avropalılar prezident Trampın səylərini puça çıxarmasaydı, əminəm ki, Ukraynada bir ildən bir qədər artıq müddətdə sülh əldə olunardı. Avropalılar əvvəldən bu müharibəni öz müharibəsi kimi görürdülər. Deyirlər: “Bu, bizim müharibəmizdir”. Bu, əslində bizim müharibəmiz deyil",- o bildirib.


O, iddia edir ki, avropalılar Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiya və ABŞ arasında razılaşma əldə etməkdə maraqlı deyillər.

Mənbə axar.az

Oxşar Xəbərlər