Cəmiyyət

Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbin direktoru: "Üç il əvvəl fəlakətdə 238 şagird həlak olub"

06 Feb 2026, 00:24 2 baxış
Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbin direktoru: "Üç il əvvəl fəlakətdə 238 şagird həlak olub"
Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" yaşayış məhəlləsində inşa edilən Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin direktoru Murat Demirçi üç il əvvəl baş verən zəlzələdə təhsil müəssisəsində oxuyan 238 şagird və dörd müəllimin həlak olduğunu bildirib. Oxu.Az xəbər verir ki, "Report"un Türkiyə bürosuna açıqlamasında M.Demirçi xatırladıb ki, zəlzələdən əvvəl buradakı məktəbdə 1 200-dən çox şagird təhsil alıb. O bildirib ki, zəlzələdən sonra təhsil müəssisəsi tamamilə dağılmışdı: "Dəhşətli fəlakət istər fiziki, istərsə də mənəvi baxımdan Kahramanmaraşdakı hər evə böyük zərbə vurdu. Xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən bu ərazidə çox itkilər oldu. Həmin ərəfədə Azərbaycanın qardaş dəstəyini yaxından gördükdə, Kahramanmaraş sakinlərinin də istəyilə məktəbin adını dəyişib ulu öndər Heydər Əliyevin adını daşıması arzu olundu. Öncə şəhərin Onikişubat rayonunda yerləşən bu ərazinin adı Hayrullah məhəlləsi idi və bu rayonda Azərbaycan adını daşıyan prospekt vardı. Amma qardaşlarımızın yaxından dəstəyini hiss etdikdən sonra bizim istəyimizlə buraya bütünlüklə Azərbaycan adının verilməsini istədik. Çünki yaralarımızın sağalmasında ən çox dəstəyi məhz Azərbaycandan - həm dövlətdən, həm də xalqdan hiss etdik. Ona görə də həm Prezident İlham Əliyevə, həm də xalqınıza təşəkkür edirəm". Direktorun sözlərinə görə, Türkiyə üçün "əsrin fəlakəti" olan bu dəhşətli hadisədə ağır sarsıntılar yaşanılıb: "Xüsusilə şagirdlərimizin psixoloji dəstəyə uzun müddət ehtiyacı olacaq. Amma bu sarsıntılar bizi daha da möhkəmləndirdi, sanki yenidən doğulduq. Şagirdlərimizi nikbin və türk milli kökə bağlı ruhda böyüdürük".
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər