Cəmiyyət

Bir ayda 200-dən çox şəxs adını dəyişdirdi

05 Feb 2026, 22:52 2 baxış
Bir ayda 200-dən çox şəxs adını dəyişdirdi

Bu ilin yanvar ayı ərzində 216 şəxsin soyadının, adının və ya ata adının dəyişdirilməsi qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, onlardan 45-i kişi, qalanları qadındır.


Qeyd olunub ki, adlar, soyadlar daha çox vətəndaşın istəyi ilə, o cümlədən nikahdan əvvəlki soyada qayıtmaq, yaxud ərlə (arvadla) eyni soyadı daşımaq arzusundan dəyişdirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər