Cəmiyyət

WUF13-ə hazırlıq çərçivəsində BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya səfər edib

05 Feb 2026, 18:08 2 baxış
WUF13-ə hazırlıq çərçivəsində BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya səfər edib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkilati koordinasiya, texniki və əməliyyat məsələləri ilə bağlı hazırlıq işlərinin müzakirəsi məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) texniki missiya üzvləri arasında görüşlər keçirilib. Oxu.Az xəbər verir ki, missiyanın səfəri çərçivəsində yayım və media əməliyyatları, məkanın hazırlıq səviyyəsi, "Urban Expo" sərgisinin planlaşdırılması, brendinq və istiqamətləndirici lövhələrin layihələndirilməsi, İKT və audiovizual sistemlər, müyəssərlik, logistika, dayanıqlılıq və maraqlı tərəflərlə koordinasiya da daxil olmaqla, genişspektrli prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Canlı yayım və media ilə qarşılıqlı əlaqə planları, tədbir məkanının baş planı, şəhər və tədbir məkanının brendinqinə dair təkliflər üzrə işlər yekunlaşdırılıb, eləcə də nəqliyyat, iaşə, təhlükəsizlik, könüllülərin idarə edilməsi və işçi qüvvəsinin koordinasiyası üzrə əməliyyat hazırlığı üzrə işlər intensiv şəkildə davam etdirilir. Bu fəaliyyətlər WUF13 tədbirinin peşəkar və səmərəli təşkil olunması, eləcə də inklüziv formatda və yüksək keyfiyyətlə keçirilməsi baxımından mühüm bir mərhələni əks etdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər