Cəmiyyət
Zabratda kanalizasiya problemi: "Yağış, qar yağan kimi ərazini su basır"
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində kanalizasiya sularının bəzi küçələrdə yığılıb qalması sakinlərə ciddi problemlər yaradıb. Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Müraciətdə vurğulanıb ki, qəsəbənin Hüseyn Cavid və Murad Mirzəyev küçələrində kanalizasiya xəttinin olmaması səbəbindən yollar keçilməz vəziyyətə düşür: "Xüsusilə yağıntılı havalarda ərazi su altında qalır, nəqliyyatın və piyadaların hərəkəti mümkünsüz olur. Problem uzun müddətdir davam edir. Bu ərazidə kanalizasiya çəkilmədiyi üçün yağış, qar yağan kimi ətrafı su basır. Əraziyə nə maşın gələ bilir, nə də piyada hərəkətimiz mümkün olur. Problemin nə vaxt həll olunacağı isə məlum deyil". Sabunçu rayon Sukanal İdarəsindən şikayətə dair Oxu.Az-a verilən məlumatda isə qeyd olunur ki, həmin ərazidə standartlara cavab verən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur: "Məlumdur ki, yağış suları drenaj sistemləri vasitəsilə daşınır. Həmin suları kanalizasiya kollektoruna axıtmaq xətlərin həddindən artıq yüklənməsinə, daşma hallarının baş verməsinə səbəb olur. Qeyd olunan ünvanda isə həmçinin yağış sularının idarə olunması üçün drenaj sistemi də mövcud deyil. Mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə 12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib. Proqram çərçivəsində su mənbələrinin dayanıqlığının təmin edilməsi, suyun mənbədən götürülməsi, emalı, nəqli, saxlanılması və paylanması proseslərinin optimallaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi, paylayıcı şəbəkələrdə itkilərin minimuma endirilməsi, su uçotunun tam və müasir tələblərə uyğun şəkildə qurulması, yağış və tullantı suları sistemlərinin yenilənməsi və infrastruktur təminatı, eləcə də yağıntılar zamanı təchizat sistemi olmayan ərazilərdə subasma hallarının qarşısının alınması proqramın əsas hədəflərini təşkil edir. Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasma halları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək". Əzizə İsmayılova

Mənbə
oxu.az