Cəmiyyət

Uşaqlara aşırı qayğı onların həyatını qaralda bilər - Çarpaz baxışlar

05 Feb 2026, 17:58 2 baxış
Uşaqlara aşırı qayğı onların həyatını qaralda bilər - Çarpaz baxışlar
Həyatda ən dəyərli varlığımız övladlarımızdır. Onların əziyyət çəkməməsi üçün hər şeyi edirik, gələcəklərini qurmağa, tam qayğısız böyümələrinə çalışırıq. Lakin bu cür aşırı həssas davranışlarımız onların həyatını daha da çətinləşdirə bilər. İntellektual inkişaf və erkən uşaqlıq təhsili sahəsi üzrə ekspert Marina May bu fikirdədir.
Qayğının həddindən artıq olması nəticəsində onlar yetkin yaşa satdıqda valideyn olmadan hərəkət etməyi, qərar verməyi bacarmırlar. Baku TV-nin mövzu ilə əlaqədar paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar da həddindən artıq valideyn diqqətinin tərəfdarı olmadıqlarını bildiriblər. "Uşağı bağçaya qoyursan, bilmirsən ki, nələr olacaq. Məktəbə gedir, yüz söz eşidir, diqqət yetirməlisən", - deyən bir sakin isə yuxarıda qeyd edilənlərlə razı olmadığını söyləyib. Mütəxəssislər isə valideynlərə övladlarını kiçik yaşlardan sadə işlərə alışdırmağı, onlara bacara biləcəyi tapşırıqlar verməyi tövsiyə edirlər. Bu, uşaqların intellektual bacarıqlarını daha da artırır və həyata uyğunlaşmalarına kömək edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər