Cəmiyyət

Nazirlik hərbi hissələrdə odundan imtina edir

05 Feb 2026, 17:06 2 baxış
Nazirlik hərbi hissələrdə odundan imtina edir

Azərbaycan Müdafiə Nazirliyi ordunun maddi-texniki təminatının gücləndirilməsi və ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə yeni tender elan edib.


Axar.az Modern.az-a istinadla xəbər verir ki, müsabiqə üzrə ehtimal olunan qiymət 1 323 140,00 azn (bir milyon üç yüz iyirmi üç min yüz qırx manat) təşkil edir.


Tender müsabiqəsi Azərbaycan Ordusunun hərbi hissələri üçün ağac olmayan briketlərin (bioyanacaqların) satın alınmasını nəzərdə tutur.

Mənbə axar.az

Oxşar Xəbərlər