Cəmiyyət
Ağdamda əri tərəfindən bıçaqlanan qadının son durumu açıqlandı
Ağdamda əri tərəfindən bıçaqlanan qadın özəl tibb müəssisəsinə təxliyə olunub. Bu barədə Oxu.Az-a Ağdam Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib. Bildirilib ki, yanvarın 31-də saat 10:00-da bir nəfər (qadın) Ağdam RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs Mingəçevir şəhərindəki özəl tibb müəssisələrindən birinə təxliyə olunub". Xatırladaq ki, yanvarın 31-də hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Aygün Mirakif
Mənbə
oxu.az