Cəmiyyət

Qaradağda cəzaçəkmə müəssisələrinə gedən yol hər an dağıla bilər

05 Feb 2026, 16:58 2 baxış
Qaradağda cəzaçəkmə müəssisələrinə gedən yol hər an dağıla bilər
Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 8, 12 və 13 saylı cəzaçəkmə müəssisələrinin yaxınlığındakı yolun vəziyyəti ilə bağlı şikayət var. Oxu.Az-a verilən məlumata görə, sözügedən ərazidə cəzaçəkmə müəssisələri ilə yanaşı, iki hərbi hissə də yerləşir. Vətəndaşlar bildiriblər ki, gün ərzində yüzlərlə işçinin istifadə etdiyi körpü aprelin 6-da güclü yağış səbəbindən dağılıb:
"Şikayətimizə baxan yoxdur. Sadəcə, lent bağlayıb gediblər. Növbəti yağışlı havada körpü dağıla bilər". Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpünün bərpası ilə bağlı qurum tərəfindən təkliflər hazırlanıb: "Təkliflər aidiyyəti üzrə təqdim edilib. Maliyyə vəsaiti ayrılan kimi ərazidə əsaslı bərpa işləri icra olunacaq". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər