Cəmiyyət

Ermənistan Azərbaycana mal ixrac edəcək

04 Feb 2026, 17:05 2 baxış
Ermənistan Azərbaycana mal ixrac edəcək

Ermənistan bir-iki ay ərzində Azərbaycana mal ixrac etməyə başlayacaq.


Axar.az xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının üzvü Babken Tunyan deyib.


O bildirib ki, söhbət metal və ya folqadan, eləcə də Bakıda tələbat olan mümkün qida məhsullarından gedir:


“Bu, bazar qanunlarına uyğun olaraq baş verəcək. Müəyyən mallara tələbat olarsa, ilk ixrac halları tezliklə ortaya çıxacaq. Konkret qərarlar hökumət tərəfindən verilmir, lakin mallarla bağlı qarşılıqlı maraqlar əsasında müəyyən edilir”.

Mənbə axar.az

Oxşar Xəbərlər