Cəmiyyət

Güclü küləyin çovğun qopardığı Bakıdan reportaj

04 Feb 2026, 16:44 2 baxış
Güclü küləyin çovğun qopardığı Bakıdan reportaj
Hazırda paytaxt Bakıda güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə edilir. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, hava şəraiti insanların hərəkətinə təsir göstərir və bəzi hallarda gündəlik fəaliyyətin icrasında müəyyən çətinliklər yaradır. Piyadalar küləyin təsirindən ehtiyatla hərəkət etməli olur, avtomobil və digər nəqliyyat vasitələri isə sürət və hərəkət istiqamətini hava şəraitinə uyğunlaşdırırlar. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, müşahidə olunan küləkli hava şəraitinin fevralın 5-i səhərədək davam edəcəyi gözlənilir. Mövcud hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. Qeyd olunub ki, xüsusilə qar yağan yol sahələrində sürüşmə ehtimalı artır, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. Bakıda müşahidə olunan çovğunlu hava şəraitindən fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər