Cəmiyyət
Bakıda qurumuş ağac avtomobilin üzərinə aşdı
Bakı şəhərində gecədən bəri davam edən güclü külək fəsadsız ötüşməyib. Oxu.Az xəbər verir ki, paytaxt ərazisində küləyin təsiri nəticəsində qurumuş ağac "Hyundai Tucson" markalı avtomobilin üzərinə aşıb. Nəticədə avtomobilin arxa şüşələri sınıb, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Sözügedən hadisəyə dair görüntünü təqdim edirik:
Aygün Mirakif
Aygün Mirakif
Mənbə
oxu.az