Cəmiyyət

Məleykə Abbaszadə: "Rezidenturaya qəbul prosesinin tam rəqəmsallaşdırılması nəzərdə tutulur"

04 Feb 2026, 15:38 2 baxış
Məleykə Abbaszadə: "Rezidenturaya qəbul prosesinin tam rəqəmsallaşdırılması nəzərdə tutulur"
"Bu il rezidentura imtahanları elektron formada keçiriləcək. Yazı işlərini 2 000 - 3 000 marker-müəllim yoxlayır. Nəzarətçi müəllim imtahan rəhbəri seçilərkən mütləq sertifikasiyadan keçmə prosesinə diqqət yetirilir". Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə məlumat verib. M.Abbaszadə qeyd edib ki, ötən il vətəndaşlara 13 milyon elektron xidmət göstərilib, 300-dən çox imtahan keçirilib. Sədr vurğulayıb ki, hər imtahanda nəzarətçilərin və imtahan rəhbərlərinin böyük rolu var: "Nəzarətçi müəllimlər bilməlidirlər ki, imtahanlar artıq elektronlaşdırılır. Nəzərdə tutulur ki, bu il rezidenturaya qəbul imtahanı prosesi tam rəqəmsallaşdırılsın". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər