Ukraynadan FİFA prezidentinə Rusiya ilə bağlı sərt cavab
Rusiya Ukraynanın mülki əhalisini öldürməyə davam edir və müharibəni bitirməkdən imtina edir. Bu şəraitdə Rusiya komandalarının beynəlxalq futbola qayıtmasından söhbət belə gedə bilməz.
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa FİFA prezidenti Canni İnfantinonun Rusiya ilə bağlı müsahibəsini şərh edərkən deyib.
“679 ukraynalı qız və oğlan artıq heç vaxt futbol oynaya bilməyəcək – Rusiya onları öldürdü. Rusiya daha çox insanı öldürməyə davam edir, bu vaxt isə mənəvi degeneratlar, Rusiyanın müharibəni dayandırmamasına baxmayaraq, qadağaların ləğv edilməsini təklif edirlər”, – deyə Sibiqa vurğulayıb.
Onun sözlərinə görə, gələcək nəsillər bunu 1936-cı il Olimpiadasına bənzər bir rüsvayçılıq hesab edəcəklər.
Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino Rusiyaya qarşı sanksiyaların ləğvini dəstəklədiyini bəyan edib.