Digər

Bu, Ukrayna savaşını dayandırmağa kömək edəcək - Tramp

02 Feb 2026, 23:45 2 baxış
Bu, Ukrayna savaşını dayandırmağa kömək edəcək - Tramp

ABŞ Prezidenti Donald Tramp və Hindistan Baş naziri Narendra Modi səhər telefon danışığında ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər.


Axar.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.


"Biz bir çox məsələlər haqqında danışdıq, o cümlədən ticarət və Rusiya-Ukrayna müharibəsinin dayandırılması haqqında... Modi Rusiya neftini almamağa və ABŞ-dan eləcə də potensial olaraq Venesueladan daha çox neft almağa razılaşıb. Bu, elə indi də baş verən, minlərlə insanın öldüyü Ukraynadakı müharibəni dayandırmağa kömək edəcək!", - o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər