Digər

Britaniyanın cavabı gecikmədi, rus diplomat ölkədən qovulur

02 Feb 2026, 20:42 2 baxış
Britaniyanın cavabı gecikmədi, rus diplomat ölkədən qovulur

Böyük Britaniya hakimiyyəti rusiyalı diplomatlardan birini ölkədən çıxarmaq və onun akkreditasiyasını ləğv etmək barədə qərar verib.


Axar.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.


Məlumata görə, rəsmi London sözügedən qərarı Rusiya tərəfinin hərəkətlərinə cavab olaraq verib. Belə ki, ötən ayın ortalarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvadakı Britaniya səfirliyinin əməkdaşının Britaniya kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyini bəyan edib. Söhbət İnzibati və İqtisadi Departamentin ikinci katibi Qaret Samuel Deyvisdən gedir və onun akkreditasiyası ləğv edilib, iki həftə ərzində ölkəni tərk etmək tələbi irəli sürülüb.


Məsələ ilə əlaqədar Rusiyanın Londondakı səfiri Andrey Kelin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Böyük Britaniyanın hadisəni diplomatik missiyasının əməkdaşlarına qarşı qəbuledilməz təzyiq kimi qiymətləndirdiyi və cavab tədbirlərinin görüldüyü bildirilib.


Britaniya akkreditasiyası ləğv ediləcək diplomatın adını açıqlamayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər