Cəmiyyət
Gəncədəki partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb
Gəncədə quyu qazıntısı zamanı baş verən partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, hadisə ilə əlaqədar fevralın 2-si saat 17:00-da 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir". Aygün Mirakif
Mənbə
oxu.az