Cəmiyyət
Deputat: "Yüksək dağlıq rayonlarda da fövqəladə tədbirlərin görülməsinə ehtiyac var"
"Yüksək dağlıq və mürəkkəb iqlim şəraitinə malik olan rayonlarda yaranan fövqəladə və ekstremal hallarda dövlət orqanlarının çevik reaksiya imkanlarını təmin etmək və baş verən fəlakətlərin nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün daha çevik mexanizmlərin yaradılmasına və əlavə tədbirlərin görülməsinə də ehtiyac var". Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında deputat Vasif Qafarov deyib.
"Məlumat üçün qeyd edim ki, yanvarın 19-21-də intensiv qar yağması Lerik şəhəri ilə rayonun kəndləri arasında, eyni zamanda, Astara şəhəri ilə rayonun dağlıq ərazidə yerləşən kəndləri arasında əlaqənin tam kəsilməsinə, bir çox kəndlərdə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələrin yaranmasına səbəb olub. Yerli qurumların əməkdaşları böyük fədakarlıqla çalışsalar da, texnika çatışmazlığı və operativ maliyyə mexanizmlərinin olmaması problemlərin vaxtında aradan qaldırılmasına imkan verməyib. Yolların bağlı olması səbəbindən vəfat edən şəxsin üç gün sonra basdırılması, hamilələrin xəstəxanaya çatdırıla bilməməsi və digər bu kimi hallar əhalinin haqlı narazılıqlarına səbəb olub. Bu qeyd olunanları və qanunvericilikdə aparılan mütərəqqi dəyişiklikləri nəzərə alaraq təklif edirəm ki, yüksək dağlıq rayonların iqlim xüsusiyyətləri və təbii fəlakət riskləri nəzərə alınaraq, baş verə biləcək belə fövqəladə halların nəticələrinin operativ şəkildə aradan qaldırılması məqsədilə daha çevik mexanizmlər yaradılsın. Qanunvericiliyə edilən dəyişikliklərin ruhuna uyğun olaraq, fövqəladə hallarla bağlı satınalma və xidmətlərin elektron sistem üzərindən sürətlə rəsmiləşdirilməsi mexanizmlərinin praktikada daha çevik tətbiq edilməsi məsələsinə də baxılsın. Hesab edirəm ki, belə təbii fəlakətlərin nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün həmin rayonların icra hakimiyyətlərinə dövlət büdcəsindən hər il 40-50 min manat həcmində ehtiyat vəsaitin ayrılması nəzərdə tutula bilər. Ayrılan bu vəsaitin ekstremal vəziyyətlər zamanı operativ istifadəsi üçün tender və kotirovka prosedurlarından kənar, lakin sonradan şəffaf hesabatlılıq təmin edilməklə çevik qərarvermə mexanizmi tətbiq edilməsi məqsədəuyğun olardı", - deyə deputat vurğulayıb. O bildirib ki, bu təkliflərin reallaşdırılması dövlət orqanlarının fövqəladə hallara hazırlıq səviyyəsini yüksəldəcək və yaranan fövqəladə və ekstremal hallarda dövlət orqanlarının çevik reaksiya imkanlarını təmin edəcək: "Bu da öz növbəsində əhalinin sosial rifahının qorunmasına və dövlətə olan etimadın daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək". Mərahim Nəsib

Mənbə
oxu.az