Cəmiyyət

Sakinlər danışdı: "Şagird hara, hicab hara?!"

02 Feb 2026, 15:50 2 baxış
Sakinlər danışdı: "Şagird hara, hicab hara?!"
Baku TV-nin "Aktual Gündəm" verilişində məktəbli geyimləri ilə bağlı müzakirə aparılıb. Mövzu ilə əlaqədar paytaxt sakinləri arasında "Məktəbdə qızların hicab taxmasına münasibətiniz necədir?" sualı ilə sorğu keçirilib.
Sakinlərin əksəriyyəti hesab edir ki, məktəb mühitində vahid geyim qaydalarına əməl olunması daha məqsədəuyğundur. Sorğu iştirakçılarından biri deyib: "Şagird hara, hicab hara?! Molla məktəbi deyil ki, başlarını bağlayıb gəlirlər". Digər sakin isə buna azyaşlı qızların özlərinin qərar verməli olduqlarını söyləyib. Bəziləri isə məsələni müasirlik prizmasından dəyərləndirirlər: "Biz müasir dövrə gedirik. Məktəbdə hicab taxmağa ehtiyac yoxdur".
Mənbə oxu.az

Oxşar Xəbərlər