Cəmiyyət

Qardaşı ilə faciəli şəkildə həlak olan qız tələbə imiş - 20 yaşlı Səmanın fotosu

02 Feb 2026, 13:02 2 baxış
Qardaşı ilə faciəli şəkildə həlak olan qız tələbə imiş - 20 yaşlı Səmanın fotosu
Ötən gün Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində qardaşı ilə birlikdə həlak olan Səma Mirzəyevə tələbə imiş. Oxu.Az-ın məlumatına görə, o, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin "Dövlət və ictimai münasibətlər" ixtisasının üçüncü kursunda təhsil alırmış. Xatırladaq ki, qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.
Qardaşı ilə faciəli şəkildə həlak olan qız tələbə imiş - 20 yaşlı Səmanın fotosu
Mənbə oxu.az

Oxşar Xəbərlər