Cəmiyyət

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni binası açılıb

30 Jan 2026, 18:06 2 baxış
Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni binası açılıb
Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa edilmiş binasının açılışı 2025-ci il dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır. Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb. Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni binasından fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər