Cəmiyyət

"Report"un Balkan bürosu fəaliyyətə başlayıb

30 Jan 2026, 16:38 2 baxış
"Report"un Balkan bürosu fəaliyyətə başlayıb
"Report" İnformasiya Agentliyinin Balkan (Balkan ölkələri üzrə) bürosu fəaliyyətə başlayıb. Oxu.Az xəbər verir ki, büro Serbiyanın paytaxtı Belqradda yerləşir. Yeni büroda "Report"un xüsusi müxbiri Sayad Həsənli çalışacaq. Bu agentliyin sayca 9-cu xarici bürosudur. Xatırladaq ki, "Report"un ABŞ-də, Fransada, Belçikada, Türkiyədə, Ukraynada, Rusiyada, Gürcüstanda, Qazaxıstanda büroları fəaliyyət göstərir. Agentlik 2014-cü ildən fəaliyyət göstərir, "Global Media Group" şirkətlər qrupunun tərkibinə daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər