Cəmiyyət

"Azərbaycanfilm" ləğv olunur? - Baş direktordan açıqlama

30 Jan 2026, 15:14 2 baxış
"Azərbaycanfilm" ləğv olunur? - Baş direktordan açıqlama

"Azərbaycanfilm" qalmalıdır, lakin onun mahiyyəti dəyişməlidir. O, artıq yalnız bir mühit rolunu oynamalıdır və kino sahəsində fəaliyyət göstərən şəxslər bundan yararlanmalıdır.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Kino Agentliyinin baş direktoru Rəşad Əzizov bu gün "Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyasının təqdimatına dair bilgiləndirmə sessiyasında jurnalistlərin suallarını cavablandırarkən deyib.


O bildirib ki, qeyd olunan istiqamətdə artıq müəyyən işlər görülür:


"Bəzi kosmetik xarakterli addımlar atılıb. Yaxın zamanda isə daha geniş islahatlar nəzərdə tutulur. Hazırda bir sıra normativ aktlar üzərində işlər aparılır".

Mənbə axar.az

Oxşar Xəbərlər