Cəmiyyət
Metroda qatarların intervalında gecikmə sıxlığa səbəb oldu
Bakı metrosunda qatarların intervalında gecikmə müşahidə olunur. Bu barədə Oxu.Az-a sərnişinlər məlumat verib. Sərnişinlər bildiriblər ki, hazırda metronun "28 May" və "Gənclik" stansiyalarında sıxlıq müşahidə edilir. "Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, saat 17:03-də metronun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılıb. Bu səbəbdən "qırmızı" və "yaşıl" xətlərdə qatarların hərəkətində gecikmələr var. Aygün Mirakif
Mənbə
oxu.az