Cəmiyyət

Fuad Nağıyev bu xanıma yüksək vəzifə verdi

29 Jan 2026, 15:11 2 baxış
Fuad Nağıyev bu xanıma yüksək vəzifə verdi

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərov vəzifəsindən azad olunub.


Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.


Digər əmrlə Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi vəzifəsinə Elnarə Rüfət qızı Əliyeva-İsgəndərova təyin edilib.


Qeyd edək ki, Bakı-Abşeron Regional Turizm İdarəsi 2023-cü ildə yaradılıb və həmin ildən sözügedən qurumun rəisi Rauf Gündüz oğlu Səfərov olub. Elnarə Əliyeva-İsgəndərova Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüdür.

Mənbə axar.az

Oxşar Xəbərlər