Cəmiyyət

Nigar Alimova: "Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı və reyestri sistemində rəqəmsal transformasiya prosesi genişləndirilir"

29 Jan 2026, 11:28 2 baxış
Nigar Alimova: "Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı və reyestri sistemində rəqəmsal transformasiya prosesi genişləndirilir"
"Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı və reyestri sistemində rəqəmsal transformasiya prosesi genişləndirilir. Bu istiqamətdə normativ-hüquqi baza təkmilləşdirilir, informasiya sistemləri yenilənir, mövcud prosedurlar optimallaşdırılır, rəqəmsal idarəetmə mexanizmləri tətbiq edilir və elektron xidmətlərin sayı artırılır". Oxu.Az xəbər verir ki, bu fikirləri "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında səsləndirib.
O bildirib ki, görülən işlər "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun şəkildə icra olunur: "Əsas məqsəd vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vaxt itkisinin azaldılması və məmnunluğun artırılmasıdır".
{{gallery}} Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər