Cəmiyyət

Bakıda kirayə qalan iki nəfər dəm qazından zəhərləndi, biri öldü

29 Jan 2026, 09:28 2 baxış
Bakıda kirayə qalan iki nəfər dəm qazından zəhərləndi, biri öldü

Bakıda iki nəfər dəm qazından zəhərlənib.


Axar.az xəbər verir ki, Nizami rayonu ərazisində kirayədə yaşayan İmran Teymur oğlu Qənbəralıyev və Ramazan Rafiq oğlu Məmiyev dəm qazının təsirindən zəhərlənib.


Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyevin isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər