Cəmiyyət

Rasim Qarayev: "18 yaşımda tərk etdiyim Zəngilana 51 yaşımda geri qayıdıram"

29 Jan 2026, 06:33 2 baxış
Rasim Qarayev: "18 yaşımda tərk etdiyim Zəngilana 51 yaşımda geri qayıdıram"
"18 yaşımda hərbi xidmətə yollanarkən Zəngilanı tərk etmişdim, lakin geri qayıda bilmədim, çünki artıq işğal olunmuşdu. 51 yaşımda isə doğma yurduma geri qayıdıram". Bu sözləri Oxu.Az-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən Rasim Qarayev deyib: "Biz bu günləri şəhidlərimizə, qazilərimizə, cənab prezidentimizə borcluyuq. Onların sayəsində 33 ildən sonra doğma torpaqlarımıza geri qayıdırıq. Bundan sonrakı həyatımı daha dədə-baba yurdumda davam etdirəcəm. İndi həyat yoldaşımla qayıdıram. Bir ay əvvəl qohumlarım da Məmmədbəyli kəndinə köçüb". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər