Cəmiyyət

Cənubi Muğan kanalına suyun verilişi dayandırılacaq

29 Jan 2026, 01:30 2 baxış
Cənubi Muğan kanalına suyun verilişi dayandırılacaq
Yanvarın 29-dan etibarən Cənubi Muğan kanalına suyun verilişi müvəqqəti dayandırılır. Oxu.Az "Report"a istinadən xəbər verir ki, buna səbəb Bəhramtəpə hidroqovşağında aparılacaq təmir işləridir. Kanala suyun 10 gün sonra veriləcəyi gözlənilir. Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometrdir. Onun suyundan Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər