Cəmiyyət

Bakı-Xırdalan qatarlarının hərəkətində problem yaranıb

28 Jan 2026, 19:12 2 baxış
Bakı-Xırdalan qatarlarının hərəkətində problem yaranıb
Bakıdan Xırdalan istiqamətində gedən qatarların hərəkətində gecikmə var. Artıq 25 dəqiqədir ki, qatarların hərəkətində gecikmə müşahidə olunur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Biləcəri stansiyasında elektrik xəttində gərginlik olmadığı üçün bu istiqamətdə qatarların hərəkətində qısamüddətli gecikmələr yaranıb: "Texniki nasazlıq qısa müddət sonra aradan qaldırılıb. Saat 18:29-a olan Bakı-Xırdalan reysi ləğv edilib". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər