Cəmiyyət

Sumqayıtda dörd avtomobil toqquşub

28 Jan 2026, 19:36 2 baxış
Sumqayıtda dörd avtomobil toqquşub
Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Oxu.Az xəbər verir ki, İsmət Qayıbov küçəsində baş verən qəza zamanı 4 avtomobil toqquşub. Qeyd olunub ki, 69 yaşlı Yaşar Qurban oğlu Xəlilovun idarə etdiyi 50-CL-214 dövlət nömrə nişanlı və Eldəniz Engəz oğlu Abbasovun idarə etdiyi 99-LZ-780 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobillər 1957-ci il təvəllüdlü Seymur Baba oğlu Nağıyevun idarə etdiyi "Haima" markalı maşınla toqquşub. Nəticədə "Haima" markalı avtomobil yol kənarında dayanan 1957-ci il təvəllüdlü Mustafa Məmməd oğlu Şəfiyevin idarə etdiyi "Opel" markalı, 99-BZ-481 dövlət nömrə nişanlı maşına çırpılıb. Hadisə nəticəsində Yaşar Xəlilov xəsarət alıb. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər