Dünya

İlon Mask da "WhatsApp"ın təhlükəsiz olmasına şübhə edir

28 Jan 2026, 04:31 2 baxış
İlon Mask da "WhatsApp"ın təhlükəsiz olmasına şübhə edir
ABŞ-li sahibkar İlon Mask "WhatsApp"ın təhlükəsiz olmadığını paylaşan "Telegram"ın qurucusu Pavel Durovu dəstəkləyib. Oxu.Az xəbər verir ki, iş adamı Durovun paylaşımına "Düzdür" şərhini yazıb. "2026-cı ildə "WhatsApp"ın təhlükəsiz olduğuna inanmaq üçün tamamilə axmaq olmaq lazımdır", - deyə Durov paylaşımında bildirmişdi. O qeyd etmişdi ki, komandası "WhatsApp"ın şifrələməsinin necə tətbiq olunduğunun təhlilini aparıb və çoxsaylı hücum vektorları aşkarlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər