Digər

Bu türk ölkəsində dövlət müşaviri vəzifəsi ləğv olunur

24 Jan 2026, 17:58 2 baxış
Bu türk ölkəsində dövlət müşaviri vəzifəsi ləğv olunur

Qazaxıstan prezidentinin hüquqi məsələlər üzrə köməkçisi Yerjan Jiyenbayev Konstitusiya İslahatları Komissiyasının ilk iclasında vitse-prezidentlik institutu və onun səlahiyyətləri ilə bağlı dəyişikliklərdən danışıb.


Axar.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.


Y.Jiyenbayev qeyd edib ki, vitse-prezidentin təyinatı prezident tərəfindən qurultayın razılığı ilə həyata keçiriləcək:


“Prezidentin həmçinin vitse-prezidenti vəzifədən azad etmək hüququ olacaq. Dövlət başçısının tapşırığı ilə vitse-prezident ölkəni həm beynəlxalq arena, həm də qurultay, hökumət və digər dövlət orqanları ilə qarşılıqlı əlaqələrdə təmsil edəcək. Onun digər səlahiyyətləri prezident tərəfindən müəyyən ediləcək.


Vitse-prezidentlik institutunun tətbiqi ilə əlaqədar olaraq, dövlət müşaviri ilə bağlı müddəaların konstitusiyadan çıxarılması planlaşdırılır. Həmçinin vitse-prezident vəzifəsi üçün tələblərin konstitusiya səviyyəsində müəyyən edilməsi təklif olunur.


Xüsusilə, vitse-prezident heç bir siyasi partiyanın və nümayəndəlik orqanının üzvü olmamalı, digər ödənişli vəzifələr tutmamalı və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmamalıdır”.


Xatırladaq ki, Prezident Qasım-Jomart Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsinin təsis edildiyini Milli Qurultayın iclasında elan etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər