Digər

Trampın bunu sorğulaması qəbuledilməzdir - Frederiksen

24 Jan 2026, 18:17 2 baxış
Trampın bunu sorğulaması qəbuledilməzdir - Frederiksen

Siyasətçilərin əmri ilə həyatlarını təhlükəyə atan və Amerika əsgərləri ilə çiyin-çiyinə vuruşan qoşunların fədakarlığını sorğulamaq qəbuledilməzdir.


Axar.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın NATO-nun Əfqanıstandakı missiyası ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.


“Əfqanıstandakı 20 illik missiya ərzində 44 danimarkalı əsgər həlak olub, Norveç isə 10 əsgərini itirib”, - baş nazir vurğulayıb.


Qeyd edək ki, daha öncə Tramp açıqlamasında NATO əsgərlərinin Əfqanıstan missiyası zamanı “kənarda qaldığını” və cəbhə xəttindən yayındığını söyləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər