Cəmiyyət
Səbaildə yanğında bacı-qardaşın ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANIB
Ötən gün Səbail rayonunda baş verən yanğında bacı-qardaşın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanvarın 23-ü Səbail rayonu, Badamdar qəsəbəsi, 25-ci Səbail küçəsində yaşayan 1956-cı il təvəllüdlü Rəna Mahmud qızı Nəbiyeva və qardaşı - 1951-ci il təvəllüdlü Firidun Mahmud oğlu Nəbiyev yaşadıqları evin mətbəxində baş vermiş yanğın nəticəsində ölüblər. Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Aygün Mirakif
Mənbə
oxu.az