Digər
Kiyevə hücumlar nəticəsində 6 min ev istiliksiz qalıb
Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində şəhərdə təxminən 6 min ev istilik təchizatından məhrum qalıb.
Axar.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, hazırda kommunal xidmət və enerji şirkətləri sakinlərin mənzillərində xidmətlərin bərpası üzərində işləyir.
Qeyd edək ki, Kliçko ötən gecə Kiyevə pilotsuz uçuş aparatları ilə hücumların həyata keçirildiyini bildirib.
Mənbə
axar.az