Digər

ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi

23 Jan 2026, 23:54 2 baxış
ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi

Yaxınlaşan qar fırtınası səbəbilə ABŞ-da azı 14 ştat fövqəladə vəziyyət elan edib.


Axar.az xəbər verir ki, bunlar Alabama, Arkanzas, Corciya, Kanzas, Kentukki, Luiziana, Missisipi, Missuri, Nyu York, Şimali Karolina, Cənubi Karolina, Tennessi, Texas və Virciniya ştatlarıdır.


Paytaxt Vaşinqtonda azı 22 santimetr hündürlüyündə qar gözlənilir.


Artıq şənbə günü üçün 1700-dən çox yerli və beynəlxalq uçuş ləğv edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər