Digər
Mask siyasətə qayıdır: 10 milyon dollar bağışladı
Amerikalı iş adamı, milyarder İlon Mask ABŞ siyasətinə geri qayıdır.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Milyarder 2026-cı ildə ABŞ-da keçiriləcək ara seçkilərdə respublikaçıların kampaniyasını maliyyələşdirməyə hazırdır. O, artıq respublikaçı namizədin kampaniyasına 10 milyon dollar bağışlayıb və Trampla münasibətlərindəki buz əriməyə başlayıb”, - məlumatda deyilib.
Mənbə
axar.az