Digər
Doğukan Güngörün narkotik testi pozitiv çıxdı
Türkiyədə tanınmış şəxslərə qarşı narkotik araşdırması çərçivəsində daha 20 nəfərin narkotik testi yekunlaşıb.
Axar.az xəbər verir ki, bu barədə "Sözcü" məlumat yayıb.
Bildirilib ki, cinayət işi ilə bağlı 14 nəfərin testi pozitiv, 6 nəfərin isə neqativ çıxıb.
Testi pozitiv çıxanlar içərisində “Qızılcıq şərbəti” serialının baş rol ifaçısı Doğukan Güngör də yer alıb.
Xatırladaq ki, aktyor verilişlərdən birində atasının azərbaycanlı olduğunu açıqlayıb.
Mənbə
axar.az